RU

Azərbaycanda kartof və yağın qiyməti kəskin dəyişir? Açıqlama

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Azərbaycanın kənd təsərrüfatı sahəsi İrandan asılı vəziyyətdə deyil və qiymətlərin bahalaşması gözlənilmir. Nazir qeyd edib ki, hazırda kartof tamamilə Azərbaycanda istehsal edilir.

Bəs hazırda bu sahədə iqtisadi reallıq necədir? 

Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycanda kartof məsələsinə fokuslanmaq düzgün deyil və məsələnin kökü daha geniş iqtisadi kontekstdə qiymətləndirilməlidir.

Onun sözlərinə görə, İrandan idxalın dayanması yalnız kartof deyil, digər idxal məhsullarının da qiymətinə ciddi təsir göstərə bilər:

“Bizim İrandan ticarət dövriyyəmiz təxminən 640 milyon dollardır, bunun 97 faizi idxaldır, yalnız 3 faizi ixracdır. Yəni əgər İran idxalı dayandırsa, bazara daxil olan məhsullar azalacaq və qiymətlər artacaq. Sadə iqtisadi məntiq budur: idxal dayananda bazarda defisit yaranır, qiymətlər qalxır. Bu, kartof məsələsinə də şamil edilir. Elə balıq məhsullarına baxın, idxal dayandığı dövrdə qiymətlər əhəmiyyətli dərəcədə artdı. Bu da idxalın dayanmaması və ya mövsümi tələbdən asılıdır”.

İqtisadçı əlavə edib ki, İran məhsulları yerli istehsalla rəqabət apararaq qiymətləri aşağı səviyyədə saxlayırdı:

“Şəmkirdə balıq istehsalı zavodumuz var, amma yerli məhsulun qiyməti İran idxalına uyğun tənzimlənirdi. İrandan idxal dayansa, yerli istehsal da bahalaşır. Eyni məntiq kartof və digər idxal məhsulları üçün də keçərlidir”.

F.İbrahimov həmçinin bildirib ki, əhalinin istehlak səbətinə uyğun, rəqabət qabiliyyətli yerli istehsalın inkişafı çox vacibdir:

“Yerli istehsalın qurulması və rəqabət qabiliyyətinin artırılması əhalinin istehlak imkanlarına cavab verən sənayelərin formalaşması baxımından həyati əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi dövlət qurumları bu məsələləri kifayət qədər təhlil etmir. İran məhsullarının bazara təsiri hələ də böyükdür və qiymətlərin formalaşmasında əsas rol oynayır. Məsələn, İrandan gələn kərə yağı və digər yağ növləri ucuz seqmentdə qalırdı, indi idxal dayandığı üçün digər yağ məhsullarının qiyməti bahalaşacaq. Bu, iqtisadi reallıqdır. Ümid edirəm ki, İranla ticarət əlaqələri normallaşar və idxal yenidən davam edər ki, bu da məhsul qiymətlərinin stabilləşməsinə kömək etmiş olar”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
globalinfo.az

1Источники