RU

Neft kəskin ucuzlaşacaq? KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son dövrlər dünya bazarlarında neftin qiymətində kəskin artım müşahidə olunur. Enerji bazarında bu bahalaşma əsasən geosiyasi gərginliklər, müharibələrlə əlaqələndirilir. Müəyyən fikirlər də səsləndirilir ki, münaqişələr başa çatdıqdan sonra qiymətlərdə kəskin eniş baş verə bilər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hazırda qlobal bazarlarda qeyri-müəyyənlik artıq ikinci həftədir ki, davam edir:

“Hərbi əməliyyatlar yaxın həftələrdə başa çatarsa və enerji infrastrukturu zərər görməzsə, neft və qaz qiymətlərində müəyyən azalma olması labüddür. Lakin 2026-cı il, enerji bazarı üçün ötən ilə nisbətən yüksək qiymətlərlə yadda qala bilər. Bunun bir neçə səbəbi var. Birincisi, strateji ehtiyatların bazara çıxarılmasından sonra bu ehtiyatların yenidən doldurulması tələb olunacaq. Bu isə bazarda neftə əlavə tələbat yaradaraq qiymətləri 70 dollardan baha dəhlizdə saxlaya bilər. İkincisi, qlobal iqtisadiyyatın enerji tələbatı hələ də artmaqdadır və xüsusilə Asiya regionu neft və qaz istehlakının əsas artım mənbəyi olaraq qalır. Üçüncüsü isə geosiyasi risklərin tam aradan qalxmaması ehtimalıdır. Yaxın Şərq qlobal enerji sisteminin ən kritik bölgələrindən biri olaraq qalır və regionda hər hansı eskalasiya bazarlara dərhal təsir edir. Ona görə də bazarda stabilliyin nə zaman əldə edilməsinin qiymətlərə təsiri vacib amil olaraq qalacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
2
konkret.az

3Источники