RU

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri təşkil olunub FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mədəniyyət Nazirliyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində tədbir keçirilib.Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirin məqsədi müəssisədə yaşayan sakinlərin sosial fəallığının artırılması, mədəni tədbirlərdə iştirakının təmin edilməsi və onlarla bayram ab-havasının paylaşılması olub.Tədbir çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələri tərəfindən konsert proqramı təqdim edilib. Proqramda müxtəlif rəqs nömrələri və musiqi ifaları nümayiş olunub.Görüş zamanı müəssisənin sakinlərinə bayram sovqatları da təqdim edilib.Ahıl sakinlər göstərilən qayğıya və maraqlı bədii proqrama görə minnətdarlıqlarını bildiriblər.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
71
7
demokrat.az

8Источники