RU

“Avropa MBA sı” martın sonunda elan olunacaq

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliya Basketbol Federasiyasının rəhbəri Canni Petruççi MBA ilə FİBA arasında Avropa liqasının yaradılması ilə bağlı müqavilənin martın sonuna qədər imzalanacağı, ölkəsinin yenu liqada iki komanda ilə təmsil olunacağını deyib:

“MBA ilə FİBA arasında müqavilə artıq razılaşdırılıb və martın sonuna qədər rəsmi şəkildə imzalanacaq. FİBA-nın prezidenti Xorxe Qarbaxosa Turinə səfər zamanı bunu təsdiqlədi. Romadan və Milandan olan iki komanda yeni liqada iştirakla yanaşı, İtaliya çempionatında da çıxışını davam etdirəcək, yığmalar üçün fasilədə oyunçularının milli komandanın düşərgəsinə göndərəcək. Bu irəliyə doğru atılan böyük addımdı. Şəxsən mən bu layihəni dəstəkləyirəm, skeptiklər isə öz fikrinin üzərinə dayana bilər”.

“Avropa MBA-sı” qitənin bəzi ölkələrindən olan klubları öz bayrağı altında birləşdirəcək və Avroliqanın oxşarı olacaq. 12 klubun daimi lisenziyaya malik olacağı, daha dördünün isə milli çempionatlardakı nəticələrinə görə bu liqada iştirak hüququ qazanacağı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
icma.az

2Источники