RU

"Mançester Siti"nin futbolçusu ən yaxşı seçildi

İngiltərə Premyer liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Mançester Siti"də çıxış edən Antuan Semenyo ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qanalı vinger İngiltərə çempionatında fevralda meydana çıxdığı 5 matçda 3 qol vurub, 1 qol ötürməsi edib.

Qeyd edək ki, "Mançester Siti" Antuan Semenyonu bu ilin yanvarında "Bornmut"dan 72 milyon avroya transfer edib.

saytlarin hazirlanmasi

Избранный
18
1
sportal.az

2Источники