RU

Ölkədə işləyən əhalinin cəmi 2 faizi kənd təsərrüfatında çalışır

ain.az bildirir, Azpost portalına istinadən.

2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.

Azpost.info-nun məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1782 min nəfər olub, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,

18,3 faizi təhsil,

13,8 faizi sənaye,

8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,

6,5 faizi tikinti,

6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,

4,4 faizi nəqliyyat və anbar təsərrüfatı,

3,8 faizi peşə, elmi və texniki fəaliyyət,

2,4 faizi maliyyə və sığorta fəaliyyəti,

2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,

15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
20
azpost.info

10Источники