RU

Adil Əliyev bu xanımları işdən çıxardı

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Suraxanı Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində bir neçə nəfər vəzifəsini itirib.

Avtosfer.az xəbər verir ki, icra başçısı Adil Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.

İcra hakimiyyətinin Böyük mütəxəssisi, dövlət qulluğunun kiçik referenti Ayşən Elləzli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçiləri Sonaxanım Həsənzadə və Gülşən Şıxlarova işini itiriblər.

Xatırladaq ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində müşavirədə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

E.Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib./no.comment

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
4
avtosfer.az

5Источники