Unikal.az saytına istinadən ain.az xəbər verir.
"Cənab Prezidentin yeni iş yerlərinin yaradılmasına böyük önəm verdiyi, bu sahədə mühüm tədbirlər gördüyü vaxtda bəzi vəzifə sahiblərinin yeni iş yeri yaratmaq əvəzinə iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmayaraq əsassız ixtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur. Hər birimiz bu məsələnin fərqində olmalıyıq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.
O bildirib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir: "Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatlarının yaradılması faydalı ola bilər: "Hər bir müəssisə, təşkilat müəyyən ehtiyat torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına kömək etmiş olar".
Anar Kəlbiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.