RU

“Müstəqillik Bəyannaməsi müstəqillik bəyannaməsi deyil, münaqişə bəyannaməsidir” – PAŞİNYAN

Müstəqillik Bəyannaməsi müstəqillik bəyannaməsi deyil, münaqişə bəyannaməsidir.

Herbiand.az xəbər verir ki, bu fikiri Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda bildirib.

"Vətəndaş Müqaviləsi Partiyası yeni Konstitusiyada Müstəqillik Bəyannaməsindən heç bir söz olmamalı olduğunu deyən yeganə qüvvədir; bu, münaqişə bəyannaməsidir. Bu bəyannamə ilə biz vətəndaşlarımızın rifahını və azadlığını təmin etmək üçün dövlət yaratmırıq, Dağlıq Qarabağ və Qərbi Ermənistan üçün dövlət yaradırıq.

Xüsusilə də siyasi sahənin hazırda əsasən aşağıdakı məntiqə uyğun yerləşdiyini nəzərə alsaq, bu qərarı çox aydın şəkildə verməliyik: Qarabağ hərəkatını davam etdirməməli olduğumuzu iddia edən sülh partiyası və mahiyyət etibarilə birbaşa və ya dolayı yolla Qarabağ hərəkatını davam etdirməli olduğumuzu iddia edən müharibə partiyası", - deyə Paşinyan bildirib.

Избранный
6
herbiand.az

1Источники