RU

Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün Azərbaycanın qazla təminat 96,6 faizdir. Bölgələrdə isə 94,7 faizdir və bu, yüksək nəticədir. Azərbaycan dünyada əhalinin qazla təminatı nöqteyi-nəzərindən birinci yerdədir. Bunu fakt kimi deyirəm. Sadəcə Cəlilabadla bağlı bəzi məqamları dilə gətirmək istəyirəm. Cəlilabadın118 kəndi var. Lakin onların təxminən 60-a yaxınında qazlaşdırma problemi qalmaqdadır. Bütövlükdə 5429 abonentin bu günə kimi qaz təminatı yoxdur”. Bizim.Media xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.O, İranla sərhəd kəndlərinin sosial-iqtisadi inkişafı ilə bağlı hər hansı layihənin həyata keçirilməsini xahiş edib:“Çünki həmin ərazilərdən əhalinin köçməsinə imkan vermək olmaz. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edən məsəədir. Sərhədyanı bölgələrdə əhalinin sayının azalmasına yol verməməliyik”.Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
bizim.media

2Источники