RU

Çin ABŞ ni Tayvana silah verməməyə ÇAĞIRDI

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Pekin Vaşinqtonu Tayvana silah verməməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə danışıb.

O, ABŞ Prezidenti Donald Trampın ayın sonunda Çinə səfərindən sonra Tayvana böyük silah paketi təsdiqləyə biləcəyi barədə "Reuters" xəbərini şərh edib.

Quo Ciakun bildirib: “ABŞ Vahid Çin prinsipinə və üç birgə Çin-ABŞ kommunikesinə ciddi şəkildə əməl etməli, Tayvana silah tədarükünü dayandırmalı və Çin-ABŞ münasibətlərinin sabit inkişafını təmin etmək, Tayvan boğazında sülh və sabitliyi qorumaq üçün konkret tədbirlər görməlidir”.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ administrasiyası Çin prezidenti Si Cinpinin martın sonu və ya aprelin əvvəlində baş tutması gözlənilən Tramp səfərindən əvvəl Tayvana milyardlarla dollarlıq silah satışını təxirə salıb.

Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri yerli administrasiya tərəfindən idarə olunur. Həmin vaxt Çan Kayşi (1887-1975) başda olmaqla Kuomintang qüvvələri Çin vətəndaş müharibəsində məğlub olduqdan sonra adaya köçmüşdülər. Lakin Pekin Tayvanı öz əyalətlərindən biri hesab edir və bu mövqe Rusiya da daxil olmaqla əksər ölkələr tərəfindən də qəbul olunur.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
1
redaktor.az

2Источники