RU

ABŞ də beysbolçu kartı rekord qiymətə satıldı Foto

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 

ABŞ-nin Beysbol üzrə Böyük Liqasının (MLB) “Nyu-York Yankis” beysbol komandasının oyunçusu Aaron Cadcın kartı hərracda rekord qiymətə – 5,2 milyon dollara satılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, 2013-cü ildə çap edilən kart “Fanatics Collect” hərrac evi tərəfindən hərraca çıxarılıb.

Bundan əvvəlki rekord 2020-ci ildə 3,9 milyon dollara satılan “Los Anceles Encels” beysbol komandasının oyunçusu Mayk Trautun kartına aid olub.

Qeyd edək ki, 33 yaşlı Cadc 2016-cı ildən bəri “Nyu York Yankis” komandasında oynayır. O, 2017-ci ildə “İlin Təcrübəli Oyunçusu” mükafatını qazanıb və o vaxtdan bəri daha üç dəfə (2022, 2024 və 2025) Amerika Liqasının Ən Dəyərli Oyunçusu (MLB) seçilib. Cadc MLB “All-Star” oyununda yeddi dəfə oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
yeniavaz.com

3Источники