ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Şimali Koreya lideri Kim Çen Inın Yaxın Şərqdəki müharibə ilə bağlı açıqlaması regional gərginliyin beynəlxalq müzakirələrdə necə əks olunduğunu bir daha vurğuladı.
Turkustan.az xəbər verir ki, ərəb ölkələrinə müraciət edən Kim, İrana dəstək verilməməsinin bölgənin gələcəyi üçün ciddi nəticələrə səbəb ola biləcəyini irəli sürdü.Kim Çen In bildirib ki, ərəb dünyasının İrana qarşı hücumlar qarşısında susması gələcəkdə daha böyük təhlükəyə səbəb ola bilər. Şimali Koreya lideri deyib: "Əgər ərəblər bu gün oyanıb İranla birlikdə döyüşməsələr , sabah "Böyük İsrail" kabusuna oyanacaqlar. Sizin susqunluğunuz sizə torpaqlarınıza başa gələcək".Analitiklər Kim Çen Inın açıqlamalarını sadəcə siyasi şərh kimi deyil, həm də geosiyasi mesaj kimi qiymətləndirirlər. Onlar iddia edirlər ki, bu cür açıqlamalar, xüsusən də müharibə dövründə regional balanslara təsir edən təbliğat və psixoloji müzakirə strategiyaları kontekstində nəzərdən keçirilməlidir.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.