RU

İranda mitinq keçirilən əraziyə hücum! Ərazidən tüstü qalxır

ain.az bildirir, Turkstan.az portalına istinadən.

İranın paytaxtı Tehranda keçirilən " Qüds günü" yürüşü zamanı mitinq keçirilən ərazinin yaxınlığında partlayış baş verib.Turkustan.az xəbər verir ki, İsrail ordusu fars dilindəki hesabında paylaşım edərək Tehranda şəhərin müəyyən ərazilərini qırmızı rənglə işarələyən üç xəritə paylaşıb. Ordu xəritələrdə işarələnmiş ərazilərin - Çaharrah-e Veliasr (Şəhər Teatrları Meydanı), Meydan-e Tövhid və Villaların dərhal boşaldılmalı olduğunu bildirib və tezliklə bu yerlərə hücumlar başlatmaqla hədələyib.Hücum təhlükəsinin hədəfi olan Tehran Universiteti ilə Şəhər Teatrları Meydanı arasındakı ərazi insanların toplaşdığı Qüds Günü Yürüşünün keçirildiyi yerdir. İsrailin hücum təhdidlərindən qısa müddət sonra mitinq ərazisinin yaxınlığında partlayış baş verdi.Ərazidən çəkilmiş görüntülərdə partlayışın insanların yürüş edərkən baş verdiyi və tüstü qalxdığı görünür. Partlayışdan sonra izdihamdan "Allahu Əkbər" (Tanrı böyükdür) qışqırıqları eşidilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
icma.az

2Источники