RU

Çin maşınları BMW ni də “vurdu”

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniyanın lüks avtomobil istehsalçısı BMW Group-un xalis mənfəəti ötən il Çin bazarındakı güclü rəqabətin təsiri ilə 2024-cü illə müqayisədə 3% azalaraq 7,45 milyard avroya düşüb. Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır. BMW, MINI və Rolls‑Royce markalarını özündə birləşdirən BMW Qrupu (BMW Group) 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, şirkət qlobal bazarlarda satışların düşməsinə baxmayaraq, elektrikli avtomobil satışlarında artım əldə edib, lakin Çin bazarındakı itkilər və artan gömrük rüsumları səbəbindən ehtiyatlı mövqe sərgiləyib.

BMW Qrupunun ümumi gəlirləri ötən il 6,3% azalaraq 133 milyard 450 milyon avroya enib. Qrupun xalis mənfəəti isə 3% azalaraq 7,45 milyard avro olub.

Diqqət çəkən məqam isə BMW-nin mənfəətindəki azalmanın rəqibləri ilə müqayisədə daha məhdud qalmasıdır. Eyni dövrdə Almaniyanın  avtomobil istehsalçıları Volkswagen və Mercedes‑Benz Group-un mənfəətləri təxminən yarıbayarı azalıb.

Şirkət bu geriləmənin əsas səbəbi kimi avtomobil sektorunda, xüsusilə Çin bazarında artan sərt rəqabət şərtlərini göstərib.

Digər tərəfdən, qrup dünya üzrə ümumi avtomobil tədarükünü 0,5% artıraraq 2 milyon 463 min 681 ədədə çatdırıb.

BMW ötən il tam elektrikli avtomobil satışlarını 3,6% artıraraq 442 min 56 ədədə yüksəldib. Bununla da ümumi satışlarda elektrikli avtomobillərin payı 17,9%-ə çatıb.

Şirkət Çin bazarında baş verən 12,5%-lik azalmanı, Avropada 7,3% və Amerika qitəsində 5,6% artımla qismən kompensasiya edib.

BMW proqnozlarında qlobal ticarət müharibələri və gömrük rüsumlarının əməliyyat mənfəətinə təzyiq göstərməyə davam edəcəyi barədə xəbərdarlıq edib.

Xüsusilə ABŞ-dəki gömrük rüsumu qaydalarının mənfəət marjasını 1,25 faiz bəndi azalda biləcəyi vurğulanıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
2
icma.az

3Источники