RU

Bakı və Naxçıvana 260 ədəd elektrik avtobusu gətiriləcək

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Ötən il “BakuBus” MMC 74 mln. ABŞ dolları dəyərində 260 ədəd elektrik avtobusu sifariş edib.

Bakıvaxtı.az xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Məlumata görə, onlardan 60 ədəd Naxçıvan, 200 ədəd isə Bakı şəhərində istifadəyə veriləcək. Sentyabrdan SKD üsulu ilə yığım başlayıb; 2025-ci il sentyabrda Sumqayıt Sənaye Parkında ilk avtobus təhvil verilib.

2027-ci ilin martından CKD üsulu ilə tam yığım həyata keçiriləcək, bunun üçün 3 hektar ərazi ayrılıb, tikinti 2026-cı ildə başlayacaq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
bakivaxti.az

2Источники