RU

Həmin sahələrdə istirahət günləri anlayışı yoxdur İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Bu gün ölkə iqtisadiyyatının əsasını enerji sektoru xüsusən də neft-qaz sahəsi təşkil edir. Həmin sahələrdə istirahət günləri anlayışı yoxdur, çünki növbəli iş rejimi tətbiq edilir. İnsanlar dənizdə 10-15 gün işləyib, sonra bir neçə gün istirahət edirlər. Bu sahədə işin dayanması, iş və qeyri-iş günlərinin yerinin dəyişdirilməsi kimi hallar mümkün deyil”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib. O qeyd edib ki, özəl sektorda isə fərqli mənzərə var, kafelər, restoranlar, otellər istirahət günlərində də fəaliyyət göstərir. Burada da növbəli iş rejimi mövcuddur. Bu nüanslar Azərbaycan iqtisadiyyatının anatomiyasını göstərir:

“Ölkədə dövlət sektorunda çalışanların sayı kifayət qədər çoxdur. Təxminən 900 min nəfərə yaxın insan büdcə hesabına maliyyələşir. Onların əksəriyyəti bu istirahət günlərindən tam istifadə edir. Lakin müəllim, həkim, polis və digər sahələr əlavə dəyər yaratmayan, əsasən xidmət yönümlü peşələrdir. Bu səbəbdən onların iş günlərinin olmaması iqtisadi göstəricilərə birbaşa təsir göstərmir”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
525.az

1Источники