RU

Gəncədə dahi Nizaminin anım günündə konfrans

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anım günü ənənəvi olaraq mart ayında  qeyd olunur, bu zaman onun irsinə həsr olunmuş tədbirlər keçirilir, xatirəsi ehtiramla yad edilir.

525.az xəbər verir ki, Gəncədə bu əlamətdar tarixə, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinə  ithaf olunan tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə Respublikasının  Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, şəhərdəki  Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, AMEA-nın Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, alimlər, mədəniyyət işçiləri, ziyalılar və gənclər iştirak ediblər.

İştirakçılar  Nizami Gəncəvi Məqbərəsini ziyarət edərək, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Konfransın keçirildiyi məkanda – Nizami Gəncəvi Muzeyində təşkil olunmuş sərgiyə baxış keçirilib.

Konfransdakı çıxışlarda Türkoloji Qurultayın türk dünyasının elmi-mədəni əlaqələrinin inkişafında mühüm rolundan, eləcə də Nizami Gəncəvinin zəngin irsinin bəşəri əhəmiyyətindən bəhs edilib.

Zakir Muradov,

Gəncə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
525.az

1Источники