RU

İran rejimini tamamilə məhv edirik - Tramp yeni zərbələrin anonsunu verib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları İranın terrorçu rejimini tamamiləməhv edir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp“Truth Social” sosial şəbəkə hesabında yazıb.

ABŞ Prezidenti iddia edir ki, İranın hərbi-dəniz qüvvələri məhvedilib, ölkənin hərbi hava qüvvələri isə artıq mövcud deyil.

“Raketlər, dronlar və bütün digər vasitələr məhv edilir, onlarınliderləri isə yer üzündən silinib. Bizim misli görünməmiş atəşgücümüz, tükənməz sursat ehtiyatımız və kifayət qədər vaxtımız var– bu gün bir baxın, bu dəli yaramazların başına nələr gələcək”, –deyə o yazıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
43
az.trend.az

1Источники