RU

Ətin qiyməti ilə bağlı təklif UCUZLAŞACAQ?

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bəzi vəzifə sahiblərinin yeni iş yeri yaratmaq əvəzinə, iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmayaraq, əsassız ixtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Sədr müavini həmçinin bildirib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir:

"Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatlarının yaradılması faydalı ola bilər: Hər bir müəssisə, təşkilat müəyyən ehtiyat torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına kömək etmiş olar"./Trend.Az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
5
news.milli.az

10Источники