RU

ABŞ-İsrail hücumları zamanı ziyan dəyən obyektlərin SAYI

ABŞ və İsrailin İrana hücumları nəticəsində 24.500-dən çox mülki tikili zərər görüb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib ki, zərər görən binalardan 19.775-i yaşayış binasıdır. Onun sözlərinə görə, həmçinin 4.511 kommersiya obyekti də təsirlənib ki, bu da bölgə sakinləri üçün ciddi iqtisadi nəticələr doğura bilər.

Kulivand əlavə edib ki, hücumlar nəticəsində 69 məktəb də ziyan görüb. Fevralın 28-də hücumların ilk günü Minab şəhərində qızlar məktəbinə edilən hücumda təxminən 170 məktəbli qız həlak olub.

Aminə ŞAHSUVARQIZI

Избранный
13
1
redaktor.az

2Источники