RU

Ya müharibə, ya da sülh Paşinyan Qarabağdan danışdı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Qarabağ hərəkatını davam etdirsək, müharibəyə gedəcəyik; davam etməsək, sülh olacaq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində canlı yayımda bildirib.

"Sülh hər gün daha da güclənəcək, Ermənistan hər gün daha da güclənəcək və mən bu hərəkata rəhbərlik edirəm. Kim razıdırsa, mənim ardımca gəlsin.

Artsax Respublikası, Artsax məsələsi dedikdə, bu sözün dəyəri və nəticələri olduğunu başa düşməliyik. Bu ifadələr istər kilsədə, istər elmi məntiqlə, istərsə də ictimai məntiqlə deyildikdə, bu, bir məqamda münaqişəyə səbəb olacaq. 

Mən açıq şəkildə deyirəm ki, Ktriç Nersisyan müharibə partiyasının rəhbərliyini açıq şəkildə öz üzərinə götürüb. Qalanları - Robert Köçəryan, Levon Ter-Petrosyan, Serj Sarkisyan və başqaları bu məntiqə uyğundur. Qarabağ hərəkatını davam etdirib-etdirməməyimiz barədə dəqiq bir seçim etməliyik. Davam etsək, bu, yeni bir müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə Qarabağ hərəkatını davam etdirib-etdirməyəcəyini deməlidir", - deyə o qeyd edib.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
3
unikal.az

4Источники