RU

“Çelsi” komandanın kapitanı ilə müqaviləsini uzatdı


İngiltərənin “Çelsi” futbol klubu komandanın kapitanı Ris Ceymslə müqaviləsini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə 2032-ci ilə qədər nəzərdə tutulub.
“Müqavilənin uzadılması məni həyəcanlandırır - “Çelsi” mənim üçün çox şey ifadə edir. Həmişə demişəm ki, “Çelsi”də ən yaxşı illərimi keçirmək istəyirəm və həqiqətən inanıram ki, əvvəlki uğurlarımızı davam etdirmək üçün lazım olan hər şeyə sahibik”, - Ceyms bildirib.
Qeyd edək ki, 26 yaşlı Ceyms “Çelsi”nin gənclər akademiyasının yetirməsidir. Müdafiəçi klubun heyətində müxtəlif yarışlarda 225 oyun keçirib, 16 qol vurub və 31 məhsuldar ötürmə edib.
O, “Çelsi” ilə Çempionlar Liqasını (2021), Konfrans Liqasını (2025), FIFA Klublararası Dünya Kubokunu (2021, 2025) və UEFA Super Kubokunu (2021) qazanıb.
Избранный
15
yeniavaz.com

1Источники