RU

Eldəniz Cəfərov: “Bakıda bayram günlərini də parklanmanı pulsuz etsək, o zaman ümumiyyətlə Bakı şəhəri avtomobillə dolar”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Bir vətəndaş Facebook sosial şəbəkəsində videogörüntü ilə bildirib ki, AYNA-ya 1 aydan çoxdur müraciət edib deyiblər ki, “düşünərik, narahat olmayın, amma hələ cavab yoxdur”: Parkinq zonalarını ən azı bayram günlərində və qeyri-rəsmi iş günlərində pulsuz edin. Məsələn; Yeni il və Novruz bayramı üçün olsun 1 həftə, Ramazan və Qurban bayramı üçün isə 2 gün. Həmçinin şənbə günü də daxil edilməli olduğunu və onu bazar gününə əlavə etməyi barədə qeyd edib.

Bayram və qeyri-rəsmi iş günlərində şəhərdaxili parkinq zonalarını pulsuz etmək mümkün olarmı?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər gün Bakı şəhərinə gün ərzində 300 min avtomobil daxil olur: “Bu gün Bakı şəhərində tətbiq olunan parklanma sistemi əslində əlverişli bir sistemdir. Sadəcə parklanma qaydalarına əməl etmək lazımdır ki, problemlər çıxmasın. Onsuz da həftənin bazar günü parklanma saat 22:00-dan bazar ertəsi səhər saat 07:00-a qədər pulsuzdur. Həmçinin Bakı şəhərində parklanma 4 zonaya bölünür. 4-cü zonada parklanma pulsuzdur. Eyni zamanda vətəndaşın yaşadığı ünvandan 100 metr məsafədə parklanma varsa, vətəndaş üçün orda güzəştli parklanma təşkil olunur. Buna görə ödəniş olunmur. Bu şərtlər əlverişli şərtlərdir”.

Eldəniz Cəfərov

“Hər gün Bakı şəhərinə ətraf şəhərlərdən və qəsəbələrdən gün ərzində 300 min avtomobil daxil olub, axşam da geri qaydırlar. Əgər biz Bakıda bayram günlərini də parklanmanı pulsuz etsək, o zaman ümumiyyətlə Bakı şəhəri avtomobillə dolar, maşın əlindən tərpənə bilmərik. Niyə görə pulsuz olmalıdır? Nəyə əsasən? Pullu parklanmanın tərəfdarıyam, sadəcə indiki kimi əlçatan qiymətlər olmalıdır.

Bundan əlavə, biz dövlətin balansında olan avtomobil yollarının kənarındakı parklanma yerlərini bayram günlərində də pulsuz etsək, o zaman keçmişdə olan parklanma nəzarətçiləri, parklanma dəllalları yenidən peyda olacaqlar. Fürsətdən istifadə edib bizim sadə vətəndaşdan yenə də pul alacaqlar. Necə ki, gecə saatlarında peyda olub vətəndaşlardan pul istəyirlər, həmin adamlar yenidən ortaya çıxacaqlar. Ona görə mən qəti şəkildə bayram günlərində parklnamanın pulsuz olmasının tərəfdarı deyiləm” , – deyə Eldəniz Cəfərov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
bizimyol.info

1Источники