RU

Din dövlət və siyasət kontekstində QƏRƏZLİ HESABATA CAVAB

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının Azərbaycanla bağlı son hesabatı qərəzin açıq nümayişidir. Çünki, Azərbaycan özünün dini tolerantlıq modeli ilə dünyada örnək ölkələrdən biridir

Bu qərəzli hesabatda qeyd olunur ki, guya Azərbaycanda bəzi dini icmalar, məzhəb və təriqət mənsubları təzyiqə məruz qalırmış. Halbuki, bunun belə olmadığını hamı bilir və bunu iddia edən də yoxdur.

Faktiki olaraq, Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Dünyəvi dövlət olaraq sivil, demokratik bir cəmiyyətə malik Azərbaycanda hüquqa söykənən idarəçilik var. Azərbaycanda dini etiqad, vicdan azadlığı təmin olunub, hər bir şəxsin hüquq və azadlıqlarına ölkə Konstitusiyası və dövlət tərəfindən təminat verilir. Dini qurumların qanunla qadağan olunmayan fəaliyyətlərini həyata keçirmək üçün hər hansı məhdudiyyət tətbiq olunmur.

Bununla yanaşı, bəzi dindarların fəaliyyəti, onların əməlləri islam dininin qanunlarına, milli-mənəvi dəyərlərimizə, əxlaq normalarımıza ziddir və vətəndaşlarda dinə qarşı mənfi münasibətin formalaşmasına şərait yaradır. Üstəlik, belə qüvvələr dövlətçiliyimiz üçün də ciddi problem yaradır. Lakin buna baxmayaraq, onlara da dözümlülük göstərilir, heç bir problem yaradılmır.

Azərbaycanda dövlət dini icmaların rahat fəaliyyəti üçün hər cür imkanlar yaradır. Onların maliyyə vəsaitləri ilə, avtomobillə təmin olunmasını, dini məbədlərin tikilməsi və təmirini dövlət öz üzərinə götürüb. Bu, dünyada çox az ölkədə belədir. Lakin dövlətin bu qayğısından bəziləri başqa məqsədlər üçün istifadə etməyə çalışır ki, bu da yolverilməzdir. Hər bir dini icma mənsub olduğu ölkənin, xalqın mənafeyini üstün tutmalıdır, nəinki xarici mərkəzlərin sifarişi ilə neqativ əməllərlə məşğul olmağı.

Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.

Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.

Azərbaycanda yaradılmış tolerant durumdan yararlanan bəzi qüvvələr öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici siyasi qüvvələrin buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar.

Ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində bəzi başqa qonşu ölkələrin və Qərb dairələrinin də böyük rolu var. Hər bir böyük dövlət hansısa dini icmadan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Radikal dindarların tabe olduğu siyasi-ideoloji mərkəzlər onların vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər. Belə dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların dayanması sirr deyil.

Dövlət Təhlükəsizlik Xidmətinin son günlərdə din pərdəsi altında gizlənmiş agentura şəbəkəsini ifşa etməsi bəzilərinə dərs olmalıdır. Anlamalıdırlar ki, Azərbaycan, dövləti möhkəm, cəmiyyəti sağlam bir ölkədir.

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da, başqa dinlərə (xristianlıq, buddizm, zərdüştlük, iudaizm, krişnaizm və s) inananlar, hətta ateistlər və ya deistlər var və onlar əhalinin önəmli bir hissəsini təşkil edirlər.

Yaradanla hər kəsin ruhi və mənəvi olaraq xüsusi münasibəti var. Heç kim başqaları üzərində vəkil edilməyib, hətta peyğəmbərlər belə belə missiyalarının olmadığını deyiblər. İnsan hüquq və azadlıqları hər şeydən yüksəkdə dayanır. Kiməsə yalnız məsləhət və tövsiyyə vermək olar, amma hər kəsin inancına (və ya inancsızlığına) müdaxilə edilməməlidir.

Əlbəttə, ölkədə dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında önəmli rol oynayır. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır.

Dini dövlət və cəmiyyət üçün problem olmasa da, mpvhumat və xurafat ciddi problemlər yaradır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da cəmiyyətdə problemlərə səbəb olur. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.

Bəziləri hətta, dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər.

Lakin, cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
sesqazeti.az

1Источники