
Tanınmış türkiyəli professor İlber Ortaylı vəfat edib.
AFN.az-ın xəbərinə görə, bu haqda Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 78 yaşlı professor müalicə aldığı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, bir neçə gün əvvəl İ.Ortaylı şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və reanimasiyada müalicə alırdı.