RU

Bədəndəki bakterilərə qarşı təsirli 8 təbii antibiotik

Bəzi qidalar və bitkilər təbii antibakterial xüsusiyyətlərə malikdir və orqanizmdəki zərərli bakteriyalarla mübarizəyə kömək edə bilər.

 

Pravda.az xatırladır ki, bu məhsullar uzun illərdir ənənəvi tibbdə istifadə olunur və immun sistemini gücləndirməyə dəstək verir.

 

Araşdırmalara görə, sarımsaq və soğan güclü antibakterial və göbələk əleyhinə maddələr ehtiva edir. Zəncəfil iltihabəleyhinə təsir göstərir, bal isə antiseptik xüsusiyyətləri sayəsində müxtəlif bakteriyalara qarşı təsirli hesab olunur.

 

Bundan əlavə, kokos yağı, alma sirkəsi, üzüm çəyirdəyi ekstraktı, oregano yağı və ekinezya kimi təbii məhsullar da antibakterial və antiviral xüsusiyyətləri ilə seçilir.

 

Əminə Bayramova

Tarix: 13 Mart 2026, 17:16   
Избранный
40
pravda.az

1Источники