RU

Livan ərazisinin 10%-dən çoxu İsrail işğalı təhlükəsi altındadır



Livanın 10.452 kvadrat kilometrlik ərazisinin 10%-dən çoxu İsrail ordusunun hücum və işğal təhlükəsi altındadır
Livan Səhiyyə Nazirliyi İsrailin ölkəyə intensiv hücumları nəticəsində indiyə qədər 687 nəfərin öldüyünü və 1774 nəfərin yaralandığını açıqladı.

Livanın bir çox ərazisini, əsasən paytaxt Beyrutu və cənub şəhərlərini bombalayan İsrail ordusu, bufer zonası yaratmaq və Livanda quru işğalını genişləndirmək təhdidlərini tədricən həyata keçirməyə çalışır və intensiv hava və dəniz hücumlarını davam etdirir.

Təl-Əviv və ya Beyrut administrasiyaları tərəfindən rəsmi olaraq elan edilməsə də, Livan hərbi mənbələri ərəb mediasına danışaraq İsrail ordusunun Livanın cənubundakı bəzi şəhərlərə doğru quru yolu ilə təxminən 2 kilometr irəlilədiyini bildirdilər.

Bu arada, Hizbullah vaxtaşırı olaraq İsrailin şimalındakı yaşayış məntəqələrini və hərbi nöqtələrini həm raketlər, həm də pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığını bildirir.

aia.az
Tərcümə şöbəsi



Избранный
36
aia.az

1Источники