Tbilisi, 13 mart, AZƏRTAC
Qərbi Gürcüstanın Tkibuli bələdiyyəsinin Kurseb kəndinin ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ərazidə geoloji vəziyyəti öyrənən geoloq Anri Namiçeişvili məlumat verib.
O deyib ki, hazırda sürüşmə prosesi aktiv fazadadır və monitorinq davam edir.
Qeyd edək ki, martın 12-si Kurseb kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə 58 hektara qədər ərazini əhatə edib, 15-ə yaxın ev uçub, 45-ə qədər sakinin torpaq sahələri və evləri risk altındadır. Dünən sürüşmə zonasından 38, bu gün isə7 ailə təxliyə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi