RU

Bu peşə və ixtisaslar aktual peşə və ixtisas siyahısına əlavə ediləcək

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaşıl iqtisadiyyat və gələcəyin peşələri istiqamətində müəyyən edilmiş 25 yeni peşə və ixtisas aktual peşə və ixtisas siyahısına əlavə ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, peşə hazırlığı proqramlarının əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması məqsədilə İxtisas təsnifatının yenilənməsi istiqamətində əmək bazarı üzrə təhlillər həyata keçirilmiş, əldə edilmiş nəticələr əsasında əsaslandırılmış təkliflər hazırlanıb. Nəzərə çatdırılıb ki, həmin təkliflərə uyğun olaraq yaşıl iqtisadiyyat və gələcəyin peşələri istiqamətində müəyyən edilmiş 25 yeni peşə və ixtisasın mövcud 175 aktual peşə və ixtisasın siyahısına əlavə edilməsi üzrə müvafiq işlər həyata keçirilməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
5
bakivaxti.az

8Источники