RU

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

Tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladğı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, tütün çəkilməsi qadağan olunan yerlər dedikdə aşağıdakılar nəzərdə tutulur:

- təhsil və tərbiyə müəssisələrində, habelə onların əraziləri;

- tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələri, habelə onların əraziləri;

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər, habelə onların əraziləri;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri;

- ticarət obyektləri;

- məişət obyektləri;

- sosial xidmət müəssisələri;

- yerləşdirmə vasitələri;

- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

- uşaq meydançaları;

Избранный
57
17
aznews.az

10Источники