RU

Naxçıvan insidenti ilə bağlı yeni mesaj: Tehran Bakıya yaxınlaşdı, ABŞ bazalarını hədəf göstərdi

İranın ali rəhbərinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi Naxçıvan istiqamətində baş vermiş insidentlə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, iranlı general İranın Azərbaycana qarşı heç bir hücum həyata keçirmədiyini bildirib və Naxçıvanla bağlı insidentin obyektiv araşdırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, həm Tehran, həm də Bakı bu hadisənin birgə araşdırılması ilə bağlı razılığa gəlib və ortaq texniki araşdırma vasitəsilə məsələnin səbəblərini aydınlaşdırmaq mümkündür.

Səfəvi qeyd edib ki, İran üçün əsas məsələ qonşu ölkələrin ərazilərindən İrana qarşı istifadə edilməməsidir. O bildirib ki, indiyə qədər Azərbaycanda belə bir hal müşahidə olunmayıb.

“Bu səbəbdən açıq deyirəm ki, bizim Azərbaycanla heç bir problemimiz ola bilməz. Amma ABŞ hərbi bazalarının yerləşdiyi bütün ölkələr bizim üçün hədəf hesab olunur”, - deyə o vurğulayıb.

İranlı general əlavə edib ki, İran Azərbaycanla münasibətləri xüsusi hesab edir və iki xalq ortaq tarix, mədəniyyət və sivilizasiya irsini bölüşür.

Səfəvi həmçinin Azərbaycan xalqının dəstəyinə və Bakının göstərdiyi humanitar yardıma görə təşəkkür edib.

Musavat.com

Избранный
99
musavat.com

1Источники