RU

Osimhen istədi rəhbərlik razı oldu -

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Qalatasaray"ın "Liverpul" üzərində 1-0 hesablı qələbəsindən sonra Viktor Osimhen bonuslar məsələsinə müdaxilə edib. Metbuat.az xəbər verir ki, oyundan sonra Osimhen "Qalatasaray"ın prezidenti Dursun Özbeklə görüşüb. "Türkiye Gazetesi"nin məlumatına görə, klub rəhbərliyi "Liverpul"u keçəcəyi təqdirdə oyunçulara 4 milyon avro bonus vəd edib. Osimhen isə bunun 5 milyon avroya qaldırılmasını tələb edib. Futbolçunun istəyi qəbul edilib.Həmçinin, “Beşiktaş” üzərində qalib gəldiyi üçün 1,5 milyon bonus alan futbolçulara, “Başakşehir“ matçındakı qələbə üçün 1 milyon avroyə qədər bonus vəd edilib.

Bundan əlavə, rəhbərlik “Yuventus” səddini keçdiyinə görə, UEFA-dan alınan 11,8 milyon avro bonusu futbolçular arasında bölüşdürəcək.

Избранный
18
metbuat.az

1Источники