RU

Toya hazırlıq görülən evdə partlayış baş veribVİDEO

Toy üçün hazırlıq gedən evdə partlayış olub. Hadisə nəticəsində ev sahibi və usta xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən binanın 7-ci mərtəbəsində baş verib.

Partlayış nəticəsində 32 yaşlı Elçin Verdiyev və 53 yaşlı usta İxtiyar İxtiyarov xəsarət alıb.

İlkin ehtimala görə, mənzilin kombi sistemində təmir işləri görülərkən qaz sızması partlayışa səbəb olub. Qonşuların verdikləri məlumata görə, mənzil sahibi özü üçün toy etmək məqsədilə evini təmir etdirirmiş.

Xəsarət alanlar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına  çatdırılıblar.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
26
xezerxeber.az

1Источники