RU

Qazaxıstan QHT ləri vətəndaşları referendumda iştirak etməyə çağırıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 13 mart, AZƏRTAC

Qazaxıstanın qeyri-hökumət təşkilatları (QHT) vətəndaşlara martın 15-də keçiriləcək respublika referendumuna qatılmaqla bağlı çağırış edib.

AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, müraciətlər Qazaxıstan Vətəndaş Alyansı, Milli Könüllülər Şəbəkəsi, Qazaxıstan Tələbələr Alyansı, Tibb Gəncləri, “Janaru” Ümumxalq Antikorrupsiya Hərəkatı və bir sıra digər təşkilatlar tərəfindən edilib.

Vətəndaş cəmiyyətinin nümayəndələri bildiriblər ki, referendum vətəndaşların iradəsinin birbaşa ifadəsi üçün vacib bir mexanizmdir və ölkənin ictimai-siyasi həyatında əhalinin iştirak formalarından hesab olunur.

Həmçinin vurğulanıb ki, bir sıra gənclər, sosial, ekoloji və ekspert təşkilatları ictimai məkanlarda və sosial şəbəkələrdə qarşıdan gələn referendum barədə vətəndaşların məlumatlılığını artırmağa yönəlmiş maarifləndirici iş aparırlar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
65
1
azertag.az

2Источники