RU

Stubb: Finlandiya nüvə dövləti olmağı planlaşdırmır

Apa.az saytına istinadən ain.az xəbər verir.

Finlandiya Prezidenti Aleksander Stubb ölkəsinin nüvə silahına ehtiyacı olmadığını və nüvə dövləti olmağı planlaşdırmadığını bildirib.

APA xəbər verir ki, bu barədə "Yle" qəzeti məlumat yayıb.

Stub parlament partiyalarının liderləri ilə görüş zamanı deyib ki, sülh dövründə Finlandiyaya nüvə silahı lazım deyil.

“Finlandiyanın nüvə silahına ehtiyacı yoxdur. Heç kim də Finlandiyanın öz ərazisinə nüvə silahı gətirməli olduğunu təklif etməyib”, – deyə prezident qeyd edib.

Bununla yanaşı, Stubb vurğulayıb ki, Finlandiya heç bir məhdudiyyət olmadan NATO-nun üzvü olmalıdır və ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün alyansın bütün müdafiə imkanlarından istifadə edilməlidir.

Prezident əlavə edib ki, Finlandiya ərazisində nüvə silahının yerləşdirilməsi nəzərdə tutulmur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
2
apa.az

4Источники