RU

Hacıqabulda iftarda qalmaqal: İcra başçısı müğənni Pünhan Piriyevi həbs etdirib...

Müğənni Pünhan Piriyev dünən Hacıqabulda həbs edilib...

Poliqon xəbər verir ki, bu barədə AzFakt.com portalına daxil olan məlumata görə, dünən Hacıqabul rayon İcra hakimiyyətinin Ramazan Bayramı günü münasibəti ilə “Qədir-Xum” ailəvi istirahət mərkəzində keçirdiyi iftar məclisinə dəvət alan müğənni Pünhan Piriyev tədbirdən sonra həbs edilib. 

Müğənninin həbs edilməsi səbəbi isə iftar məclisindən sonra onu tədbirə dəvət edən icra başçısı Sevindik Hətəmovla hansısa səbəbə görə ucadan danışması olub. Məlumata görə Pünhan Piriyevin başçı ilə danışıdığı vaxt səsini ucaltması Sevindik Hətəmovu qəzəbləndirib və o, hüquq mühafizə orqanlarına müğənninin həbs edilməsini tapşırığını verib. 

Digər məlumatda isə  bildirilir ki, Pünhan Piriyev bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb. 

Poliqon.info

Избранный
15
1
poliqon.info

2Источники