Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran rəsmilərindən növbəti sərt açıqlama gəlib.
Musavat.com xəbər verir ki, İranın tanınmış siyasi fiqurlarından biri olan Ali Larijani ABŞ prezidenti Donald Trump və İsrailə qarşı kəskin mesajlar səsləndirib.
Laricani bildirib ki, İran mümkün zərbələrin ən ağırına belə hazırdır və regionda eskalasiyadan çəkinmir: “Zərbələrin ən ağrılısına, ən dəhşətlisinə – bütün ssenarilərə hazırıq. Eskalasiyadan qorxmuruq və istənilən addıma adekvat və ağrılı cavab verəcəyik”.
İranlı siyasətçi ABŞ prezidentinin İrana qarşı səsləndirdiyi təhdidlərə də toxunaraq qeyd edib ki, əgər Vaşinqton İranı “orta əsrlərə qaytarmaq” planlarından danışırsa, Tehran da eyni ssenarinin İsrail üçün mümkün olduğunu vurğulayır.
Laricani xüsusilə su və enerji infrastrukturu məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, ABŞ İranı susuz qoymaqla bağlı təhdidlər səsləndirsə də, regionda ABŞ-nin əsas müttəfiqi olan İsrail İranın yaxınlığında yerləşir və bu ölkənin su təminatı böyük ölçüdə duzsuzlaşdırma zavodlarından asılıdır: “Cənab Tramp deyir ki, İranı duzsuz və susuz qoya bilər. ABŞ bizdən 10 min kilometr uzaqdadır. Amma onun özünü fəda etdiyi müttəfiqi İsrail bizə yaxındır. İsrail də körfəz suyunu duzsuzlaşdıraraq istifadə edir. Biz də eyni addımı İsrailə qarşı ata bilərik və bunun nəticələri onlar üçün ağrılı olacaq”.
Laricani əlavə edib ki, İran regionda hər hansı hücuma cavab vermək üçün bütün ssenariləri nəzərdən keçirir və ölkə mümkün eskalasiyaya tam hazırdır.
Musavat.com