RU

Azərbaycanın 3x3 basketbol millisi FİBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi FIBA 3x3 Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Banqkokda keçirilən turnirin B qrupunda yer alan yığma ev sahibi Tailandın qadınlardan ibarət 3x3 basketbol millisi ilə üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının inamlı qələbəsi ilə başa çatıb. Millimiz rəqibini 21:8 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yığma turnirdə ilk oyununda Kanadanın qadınlardan ibarət 3x3 basketbol millisinə 10:16 hesabı ilə uduzub.

Azərbaycan millisi qrup mərhələsində son oyununu martın 14-də İspaniyanın qadınlardan ibarət 3x3 basketbol millisinə qarşı keçirəcək.

Xatırladaq ki, turnirin qalibi Olimpiya Təsnifat Turnirinə vəsiqə qazanacaq.

Избранный
60
90deqiqe.az

1Источники