RU

ABŞ İran dronlarını tutmağın yolunu tapdı: on min dronkəsən Yaxın Şərqə göndərildi - YENİ MƏRHƏLƏ

ABŞ Yaxın Şərqə süni intellektlə işləyən təxminən 10 min dron-kəsici göndərib.

Musavat.com “Bloomberg”-ə istinadən xəbər verir ki, söhbət əvvəllər Ukrayna müharibəsində hazırlanaraq istifadə edilən "Merops" adlı dronlardan gedir. Bu qurğular əsasən digər pilotsuz uçuş aparatlarını havada məhv etmək üçün nəzərdə tutulub.

Belə dron-kəsicilərin qiyməti təxminən 14–15 min dollardır ki, bu da ənənəvi hava hücumundan müdafiə raketləri ilə müqayisədə xeyli ucuzdur. ABŞ-nin məqsədi mümkün hücumlar zamanı bahalı raket ehtiyatlarını sərf etmədən müdafiəni təmin etməkdir.

Bildirilir ki, bu addım əsasən İran tərəfindən həyata keçirilə biləcək pilotsuz aparat və raket hücumlarını dəf etmək məqsədi daşıyır.

“Bloomberg” qeyd edir ki, "Merops" sisteminin geniş tətbiqi bölgədə hərbi balansı dəyişə bilər. Çünki indiyədək ABŞ və İsrail əsasən "Patriot" və THAAD kimi bahalı hava hücumundan müdafiə komplekslərinə güvənirdi.

Bu sistemlərin hər bir raketinin qiyməti isə 4 milyon dollardan çox ola bilər. Buna görə də ucuz dron-kəsicilərin tətbiqi pilotsuz aparatlara qarşı mübarizəni daha sərfəli və effektiv edə bilər.

Nigar Həsənli
Musavat.com

Избранный
119
musavat.com

1Источники