RU

Fermadakı tapıntı elm dünyasını heyrətə gətirdi

Çexiya Respublikasında köhnə fermada tapılan adi daşın Tunc dövrünə aid nizə tökmə qəlibi olduğu müəyyən edilib. Metbuat.az xəbər verir ki, Moraviya bölgəsindəki anbarın bərpası zamanı təməl daşlarından biri kimi istifadə edilən boz blok, elm adamlarını heyrətə gətirib. Təsadüfən üzə çıxarılan tarixi tapıntı Moraviya muzeyinə bağışlanıb. Onun eramızdan əvvəl 1350-ci ilə aid son Tunc dövrünə aid nadir qəlib olduğu müəyyən edilib.

Arxeoloqlar vulkanik riolit tüfündən yonulmuş 23 santimetrlik parçanın Mərkəzi Avropada ən yaxşı qorunmuş nizə qəlibi olduğunu vurğulayıblar.

Избранный
36
12
metbuat.az

10Источники