RU

NASA: "Artemis 2" missiyası aprel ayında baş tuta bilər

NASA: "Artemis 2" missiyası aprel ayında baş tuta bilər

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) "Artemis" Aya dönüş proqramı çərçivəsində ilk pilotlu missiya olan "Artemis 2"nin ən tez aprelin əvvəlində həyata keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

AFN.az xəbər verir ki, NASA-dan verilən məlumata görə, missiya üçün ən yaxın tarix olaraq 1 aprel proqnozlaşdırılır.

Raketin 19 martda yenidən start meydançasına daşınması nəzərdə tutulur. Mövzu ilə bağlı təşkil edilən mətbuat konfransında çıxış edən NASA rəsmisi Con Hanikatt "Artemis 2" missiyasının yüksək risklər daşıdığını vurğulayıb. Hanikatt səhv gedə biləcək hər bir detalı qiymətləndirmək və bütün riskləri təhlil etdiklərindən əmin olmaq istədiklərini bildirib.

Qeyd edək ki, kəskin soyuqlar səbəbindən fevral ayına təxirə salınan uçuş, maye hidrogen sızması və bəzi texniki nasazlıqlar nəticəsində mart ayına keçirilmişdi. Lakin son texniki problemlərdən sonra "Artemis 2"nin Ay orbitinə uçuşunun ən tez aprel ayında reallaşacağı qətiləşib.

Избранный
120
afn.az

1Источники