Rusiyanın Perm vilayətində təhlükəli hadisə baş verib.
Musavat.com xəbər verir ki, Solikamsk şəhərində yaşayış binasının damından qopan böyük qar kütləsi binanın yaxınlığında park edilmiş avtomobilin üzərinə düşüb.
Güclü zərbə nəticəsində avtomobil demək olar ki, tamamilə əzilərək yararsız hala düşüb. Hadisə zamanı maşında olan sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, faktla bağlı cinayət işi başlanıb və hadisənin başvermə səbəbləri araşdırılır.
Musavat.com