Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Astana, 14 mart, AZƏRTAC
Qazaxıstanda martın 14-də yeni Konstitusiya layihəsi üzrə keçiriləcək respublika referendumu ərəfəsində sükut günü başlayıb.
AZƏRTAC xəbər verir ki, martın 15-də Qazaxıstanda respublika referendumu keçiriləcək. Səsverməyə yeni Konstitusiyanın qəbul edilməsi məsələsi çıxarılıb.
Referendumda yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik olan Qazaxıstan vətəndaşları iştirak edə bilərlər.
Referendum günü ölkə üzrə ümumilikdə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək.
Onlardan 9 779-u vətəndaşların qeydiyyat yeri üzrə, 622-si ölkə ərazisində müvəqqəti qeydiyyat məntəqələrində, 71-i isə Qazaxıstanın 54 ölkədə yerləşən xarici nümayəndəliklərində açılacaq.
Referendum iştirakçılarının siyahılarına ümumilikdə 12 461 796 vətəndaş daxil edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.