RU

Laricani Heqsetin Xamenei barədə fikirlərinə belə reaksiya verdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani  ABŞ-ın müharibə naziri Pit Heqsetin İranın Ali Rəhbəri Müctəba Xamenei barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Cənab Heqset, liderlərimiz bütün bu illər ərzində xalqın arasında olub və olmaqdadır, sizin liderləriniz isə Epşteyn adasındadır!”, – deyə Laricani  bildirib.

Qeyd edək ki, Heqset “X” hesabında yazıb ki, İranın rəhbərliyi daha yaxşı vəziyyətdə deyil, ümidsiz və yer altında gizlənmiş haldadır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
globalinfo.az

1Источники