RU

“Bombalar altında belə ayaqdadırlar” – Məsud Pezeşkian İran xalqından danışdı

İran prezidenti Məsud Pezeşkian ölkəsinin üzləşdiyi çətinliklər fonunda İran xalqının mövqeyi ilə bağlı diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Pezeşkianın sözlərinə görə, ölkə üzərində təzyiq və təhlükələr artsa da, İran xalqı geri çəkilməyən iradə nümayiş etdirir.

O bildirib ki, xalqın iradəsi İranın ən böyük gücüdür: “Bu xalqı heç kim təslim edə bilməz. Bombalar altında belə ayaqdadır. Hökumətdən narazılığı olsa da, mövzu İrandırsa ayaqdadır. İranın ən böyük sərvəti onun xalqının iradəsidir”.

Eyni zamanda qeyd olunur ki, İran prezidenti Məsud Pezeşkian müharibədən sonra ilk dəfə paytaxt Tehran küçələrində xalqın arasına çıxıb. Prezident şəhərin küçələrində və ictimai məkanlarda vətəndaşlarla görüşüb, onlarla səmimi söhbətlər edib və birlik mesajı verib.

 


Musavat.com

Избранный
30
50
musavat.com

10Источники