İspaniya La Liqasının 28-ci turunda “"Vilyarreal” “Alaves”lə heç-heçə edib.
İdman.Biz-in məlumatına görə, Vitoriyadakı “Mendizorroza” stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Hesab 40-cı dəqiqədə “Vilyarreal”ın müdafiəçisi Rafa Marin topu öz qapısına göndərəndə açılıb. Qonaqlar oyunun yalnız sonlarında hesabı bərabərləşdirə biliblər: 90+8-ci dəqiqədə Nikolas Pepe bərabərlik qolunu vuraraq heç-heçəni təmin edib.
İspaniya Premyer Liqasında 28 oyundan sonra “Vilyarreal”ın 55 xalı var və turnir cədvəlində üçüncü yerə yüksəlib. 28 xalla “Alaves” 16-cı yerdədir.