Bakı. Trend:
ABŞ hakimiyyəti Amerika şirkətlərinin Venesuelaya tədarüketməsinə icazə verilən mal və texnologiyaların siyahısınıgenişləndirib.
Trend xəbər verirki, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmişyenilənmiş ümumi lisenziyada bildirilir.
Sənədə əsasən, Amerika şirkətlərinə ABŞ-dan Venesuelaya geolojikəşfiyyat, işlənmə, neft və qaz hasilatı, neft-kimya istehsalı,eləcə də elektrik enerjisinin ötürülməsi, saxlanması və paylanmasıüçün mallar, texnologiya, proqram təminatı və ya xidmətlər tədarüketməyə icazə verilir. Fevral ayında dərc edilmiş əvvəlki lisenziyaisə bu cür tədarüklərə yalnız ölkədə neft və qaz istehsalı üçünicazə verirdi.
İcazə həmçinin Venesuelanın dövlətə məxsus PDVSA neft şirkətiilə əlaqəli əməliyyatlara da şamil olunur.
Yenilənmiş lisenziya, əvvəlki versiyası kimi, Rusiya, İran,Şimali Koreya, Kuba və Çində yerləşən və ya həmin ölkələrinqanunlarına tabe olan şəxslərə aid edilmir.