RU

Həkimlər dözülməz ağrıların çarəsini tapdı

Rusiyanın Novosibirsk şəhərindəki Federal Neyrocərrahiyyə Mərkəzində həkimlər xroniki ağrılarla mübarizə üçün yeni üsul öyrəniblər. Doqquz neyrocərrah onurğa beynindəki sinir düyünlərini stimullaşdıran xüsusi metod üzrə təlim keçib. "Motorika Nemo" şirkətinin təşkil etdiyi bu proqramda Moskva və Sankt-Peterburqdan gələn ekspertlər də iştirak edib.

Bu üsul ağrı siqnallarını ötürən konkret nöqtələrə elektrik dalğaları ilə təsir etməyə imkan verir. Beləcə, dərmanların kömək etmədiyi şiddətli ağrıları effektiv şəkildə azaltmaq mümkün olur. Dünyada on ildən çoxdur istifadə edilən bu texnologiya artıq beynəlxalq səviyyədə özünü doğruldub. Xroniki ağrılar travma və ya müxtəlif ağır xəstəliklər səbəbindən milyonlarla insanın həyatını çətinləşdirir. Təkcə Rusiyada bu problemdən əziyyət çəkən 20 milyondan çox insan var.

Təlimi çinli mütəxəssis Kao Sivan keçib. İki gün ərzində həkimlər həm nəzəri biliklər alıb, həm də əməliyyatın gedişatını təcrübədən keçiriblər. Bu metodun tətbiqi dözülməz ağrılardan əziyyət çəkən xəstələr üçün yeni ümid deməkdir. Yaxın gələcəkdə bu müalicə üsulunun digər bölgələrdə də yayılması planlaşdırılır.//Demokrat.az

Избранный
27
musavat.com

1Источники