BAKI, 14 mart. TELEQRAF
Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat yayıb.
“Ki ye vd ə partlayışlar var. Hava hücumundan müdafiə qüvvələri işləyir”, - deyə o, "Telegram" kanalında yazıb.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin bir həftə ərzində Ukrayna ərazisinə kütləvi və altı qrup zərbəsi endirdiyi barədə məlumat yayılmışdı.